AZ

Donald Tramp Suriya lideri Əhməd əl-Şaranı təriflədi

ABŞ prezidenti Donald Tramp Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əl-Şara ilə telefon danışığından sonra jurnalistlərə bildirib ki, o, Suriya keçid hökumətinin siyasətini təqdir edib.

“Suriyanın çox hörmətli prezidenti ilə gözəl söhbətim oldu və biz Suriya və regionla bağlı bütün məsələləri müzakirə etdik. Hər şey çox yaxşı gedir, ona görə də biz bundan çox məmnunuq”, – Donald Tramp bildirib.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirib ki, Dəməşqin mövqeyi ərazi birliyi və milli suverenlik arzusuna əsaslanır. Media qurumu həmçinin müvəqqəti hökumətin “Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla silahlı qüvvələri rəsmi qurumlara inteqrasiya etmək” səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr