AZ

QHT nümayəndəsi beynəlxalq sülh proqramını uğurla başa vurub - FOTOLAR

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli 28 yanvar – Beynəlxalq Sülh Şəraitində Birgə Yaşama Günündə keçirilən beynəlxalq proqramı uğurla başa vuraraq sertifikatla təltif olunub.

QHT.az xəbər verir ki, o bildirib ki, Kral Həməd adına Qlobal Sülh, Birgə Yaşama və Tolerantlıq Mərkəzi, BMT-nin Sülh Universiteti və GIOYA Ali Təhsil Müəssisəsi tərəfindən təşkil edilən “Birgə Yaşama: Sülhün, İnsan Hüquqlarının və İnkişafın Möhkəmləndirilməsi” adlı proqramda 63 ölkədən nümayəndələr iştirak ediblər.

Nadimə Rəhimli qeyd edib ki, bu nüfuzlu beynəlxalq proqramda iştirak etmək və sertifikatla təltif olunmaq onun üçün böyük qürur mənbəyidir.

Seçilən
20
qht.az

1Mənbələr