Bakı Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
QHT.az xəbər verir ki, müsabiqənin qalibi BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi və Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov olub və o, diplom və pul mükafatı ilə təltif edilib.
Qeyd edək ki, BDU artıq altı ildir bu müsabiqəni ənənəvi olaraq keçirir. Müsabiqənin məqsədi 35 yaşadək olan və il ərzində yüksək elmi nəticələr əldə edən magistrant, doktorant və əməkdaşların stimullaşdırılmasıdır.