“Savadsız, xüsusən də acgöz, nümayişkaranə və korrupsioner heç vaxt vətənpərvər ola bilməz. Əsl vətənpərvər hər yerdə, istər Maliyyə Monitorinqi Agentliyində, istər dövlət müəssisəsində, istər özəl biznes qurumunda, istər universitetdə, istərsə də məktəbdə vicdanla çalışmalıdır. Əgər işi yaxşı görürsə, hər kəsi vətənpərvər hesab edirik”.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Maliyyə Monitorinqi Agentliyində müşavirə zamanı deyib. Dövlət başçısı bildirib ki, qeyd edilən sahədə qısa müddət ərzində çox iş görülüb, çox təcrübə toplanıb:
"Bu gün Maliyyə Monitorinqi Agentliyi ölkəmizin iqtisadi və milli təhlükəsizlik sistemində mühüm rol oynayan müstəqil bir quruma çevrilib. Bunu zəhmətin və dürüst xidmətin nəticəsi adlandırmaq olar. Amma biz rahatlaya bilmərik. Çünki qarşımızda yüksək hədəflər və genişmiqyaslı işlər var".
Prezident qeyd edib ki, Maliyyə Monitorinqi Agentliyi də daxil olmaqla, hüquq-mühafizə orqanları texnoloji cəhətdən geridə qalarsa, bu vəziyyət milli təhlükəsizliyimizə təhdid yarada bilər.
Kasım-Jomart Tokayev Maliyyə Monitorinqi Agentliyinə hüquqi şəxslər tərəfindən şübhəli gəlirlərin leqallaşdırılmasına görə cəzaları sərtləşdirməyi tapşırıb.
Anar