AZ

İran ABŞ ilə diplomatik məktublaşma mübadiləsini dayandırıb

BAKI, 28 yanvar. TELEQRAF

İran Oman vasitəsilə ABŞ ilə aparılan diplomatik əlaqələri dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Portal qeyd edir ki, hazırda iki ölkə arasında ciddi danışıqlar aparılmır: "Tehranın Vaşinqtonla heç bir razılaşma əldə etmək planı yoxdur".

Yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin danışıqlar masasına əyləşib nüvə silahlarından imtina etmək üçün razılığa gələcəyinə ümid etdiyini bildirib.

Seçilən
32
teleqraf.com

1Mənbələr