AZ

Qırğızıstanda terror aktı planlaşdıran 8-ci sinif şagirdi SAXLANILDI

Qırğızıstanda terror aktı planlaşdıran 8-ci sinif şagirdi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) məlumat yayıb.

Qırğızıstanın cənub-qərbində yerləşən Cəlal-Abad vilayətində terror aktı törətmək niyyətində olan orta məktəbin 8-ci sinif şagirdi saxlanılıb.

Yeniyetmə “Facebook” sosial şəbəkəsində həmin vilayətin kəndlərindən birində yerləşən məktəb və uşaq bağçalarında terror hücumları hazırladığına dair paylaşımlar edib.

İstintaqın ilkin versiyasına görə, məktəbli bu addımı internet terrorçularının məcburetmə və psixoloji təzyiqi altında atmağı planlaşdırıb.

Hazırda saxlanılan yeniyetmə ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirilir.

Qurum vətəndaşlara xəbərdarlıq edib ki, ölkə qanunvericiliyinə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyəti 14 yaşından başlayır.

Terror aktı törətmək hədəsi ilə bağlı 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
1
interpress.az

2Mənbələr