Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin 27 yanvarda verdiyi məlumata görə, ötən il Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli dronları tərəfindən Rusiyanın beş hərbi aerodromuna zərbə endirilib. Nəticədə 15 təyyarə məhv edilib.
Unikal görüntülər aşağıdakıların məhv edildiyini təsdiqləyir:
• 11 qırıcı və bombardmançı təyyarə: Su-30SM, Su-34, Su-27, Su-24 və MiQ-31;
• Üç helikopter: Mi-28, Mi-26 və Mi-8;
• Bir nəqliyyat təyyarəsi: An-26.
Hesabatda bildirilir ki, aerodromlardakı avadanlıqlarla yanaşı, sursat və yanacaq anbarları da yanıb. Beləliklə, UTX-nin “Alfa” Mərkəzi Rusiya Federasiyasına 1 milyard dollardan çox ziyan vurub.
//Samir Qurbanov, Editor.az