AZ

Tovuzda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib » AzadMedia.az

Tovuzda

Tovuzda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Tovuz rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda məruzə ilə çıxış edən deputat Nizami Səfərov ötən il ərzində rayonda əldə olunan əsas nəticələr barədə geniş məlumat verib.

O bildirib ki, 2025-ci il ərzində Tovuz rayonunda sosial-iqtisadi sahələr üzrə mühüm nailiyyətlər əldə olunub, bir sıra infrastruktur layihələri icra edilib, əhalinin rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində regionların inkişafı daim diqqət mərkəzində saxlanılır və bu siyasət Tovuz rayonunda da real nəticələrlə özünü göstərir.
Çıxışında həmçinin Nizami Səfərov qarşıdakı dövrdə sosial sahənin daha da gücləndirilməsi, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin yaradılması, kommunal xidmətlərin və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görüləcək işlərə də toxunub. Vətəndaşların müraciət və təkliflərinin nəzərə alınmasının, yerli icra strukturları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulayıb.
Sonda qeyd edib ki, seçicilərlə sıx təmasın saxlanılması, onların problemlərinin operativ həlli, Tovuz rayonunun hərtərəfli inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək












Seçilən
11
1
azadmedia.az

2Mənbələr