AZ

Bu uşaq bağçasında nöqsanlar AŞKARLANDI: Müdiri ilə bağlı tədbirlər GÖRÜLƏCƏK

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evi-uşaq bağçasında bir sıra ciddi problemlərin olduğu iddia olunub.

Globalinfo.az “Oxu.az”a istinadla xəbər verir ki, bununla bağlı valideynlər sosial şəbəkədə paylaşım ediblər.

Onların sözlərinə görə, bağçada istilik sistemi uzun müddətdir ki, normal fəaliyyət göstərmir. Bu isə xüsusilə soyuq havalarda azyaşlı uşaqların sağlamlığı üçün risk yaradır.

“Yeməklərin keyfiyyətinə də baxan yoxdur. Yeməklər təkcə uşaqlar üçün deyil, hətta böyüklər üçün də faydasız, hətta sağlamlıq baxımından ziyanlı ola biləcək vəziyyətdədir”, – deyə valideynlərdən biri iddia edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 298 nömrəli körpələr evi-uşaq-bağçasında monitorinq aparılıb.

“Monitorinq zamanı müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır”, – deyə məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr