“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa yarımmüdafiəçi Arda Gülər haqqında fikirlərini bölüşüb.
Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, türkiyəli futbolçunun böyük potensialının olduğunu söyləyib:
“Güləri yalnız öz gözlərimlə gördüklərimə əsasən qiymətləndirə bilərəm. Onun böyük potensialı, istedadı var.
Ardanın meydanı əla görmə qabiliyyəti və fantastik ötürmələri var. O, hələ gəncdir və inkişaf etmək üçün yeri var, amma çox çalışır.
Biz onun istedadını tam şəkildə reallaşdırmaq istəyirik ki, bu da xüsusilə, yarımmüdafiədə və hücumda özünü göstərir. Şübhə etmirəm ki, zamanla o, qlobal miqyasda ən yaxşı oyunçu olacaq”.
Gülər sabiq baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında mövsümə yaxşı başlamışdı, lakin komandanın geriləməsindən sonra oyunçu da ehtiyatda qalırdü.
Baş məşqçi dəyişikliyindən sonra yarımmüdafiəçi müntəzəm olaraq əsas heyətə qayıdıb. 20 yaşlı futbolçu bu mövsüm 32 matçda 3 qol vurub və 11 məhsuldar ötürmə edib.