Metal qəbulu məntəqəsinin səs-küyü sakinləri təngə gətirib. Üstəlik, son vaxtlarda yararsız, köhnə avtomobillər də yolun kənarında qoyulur ki, bu da gediş-gəlişə mane olur.
Xezerxeber.az-ın məlumatına görə, bu iddialarla paytaxtın Sabunçu rayonunda yaşayan sakinlər "Xəzər Xəbər"ə müraciət ediblər.
Sakinlər iddia edirlər ki, Şəhər şossesi, 5-ci döngədə yerləşən maşın hissələri və metal qəbulu məntəqəsinin xüsusilə gecə saatlarında fəaliyyəti səs-küyə səbəb olur.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gecə iş aparılmasına səbəb yük maşınlarının şəhərdə saat 22:00-dan sonra hərəkət edə bilməsidir.
Məsələ ilə bağlı ərazi üzrə bələdiyydən "Xəzər Xəbər"ə bildirildi ki, ora özəl müəssisədir. Lakin bu günə qədər oradan quruma şikayət daxil olmaıyb.
Sözügedən ərazinin sahibi Sultan Sultanov isə iddiaların əsassız olduğu bildirdi. Sahibkaırn sözlərinə görə, onların iş saatı 22:00-a qədərdir. Gecə saatlarında iş aparılmır, ərazidə də ciddi səs-küy olmur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məlumat verildi ki, əraziyə baxış keçirilib və ekoloji qayda pozuntusu aşkarlanmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.