AZ

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 51 nəfərə yüksəlib  

ABŞ-da qar fırtınası və güclü şaxtalar nəticəsində ölənlərin sayı 51 nəfərə yüksəlib.

AZƏRTAC xəbər verir ki, “NBC News” telekanalının məlumatına görə, ölkənin şərqinə və şimal-şərqinə azı 30 santimetr, Pensilvaniya ştatının Pitsburq şəhərinə isə 50 santimetrdən çox qar yağıb, şaxtalar 37 qartəmizləyən maşını sıradan çıxarıb. Şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

Fırtına səbəbindən ABŞ-da təxminən 400 min ev elektriksiz qalıb. Elektrik enerjisi ilə bağlı vəziyyət Tennessi və Missisipi ştatlarında daha ağırdır.

Son məlumata görə, çərşənbə günü bütün ölkə üzrə hava limanlarında 670 aviareys ləğv edilib, təxminən 860 aviareys isə təxirə salınıb.

Milli Meteorologiya Xidməti güclü şaxtaların gələn həftə də davam edəcəyi barədə xəbərdarlıq edib.

Seçilən
45
1
azerbaijan-news.az

2Mənbələr