“Çelsi” Rəhim Sterlinqlə yollarını ayırıb. Msport.az xəbər veriir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayııb.
31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib.
Sterlinq “Çelsi”yə 2022-ci ilin yayında “Mançester Siti”dən keçmişdi.
Təcrübəli vinger bu mövsüm 1 oyunda da meydana çıxmayıb. O, komandadan ayrı fərdi şəkildə məşq edirdi.
Sterlinq ötən mövsüm icarə əsasında “Arsenal”da çıxış edirdi.