AZ

“Əl-İttihad”ı İtaliya nəhənginə dəyişə bilər

“Əl-İttihad”ın hücumameyilli yarımmüdafiəçisi Mussa Diabi karyerasını “İnter”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumata görə, Milan klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır və artıq futbolçunun transferi üçün agenti ilə danışıqlara başlayıb.

Tərəflər təxminən 35 milyon avro dəyərində satınalma opsiyası ilə icarə variantını müzakirə edirlər. Futbolçu artıq “İnter”ə keçməyə razılıq verib. Hazırda transferin taleyi “Əl-İttihad” klubunun qərarından asılıdır.

Qeyd edək ki, Mussa Diabi PSJ-nin yetirməsidir. O, Avropada “Krotone”, “Bayer” və “Aston Villa” klublarının da formasını geyinib. 2025/2026 mövsümündə Diabi 24 oyunda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr