AZ

Təbii İnhisar Subyektlərinə Dövlət Nəzarəti: 2025-ci ilin Araşdırma Hesabatı » AzadMedia.az


Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə əsasən bazar subyektləri, o cümlədən təbii inhisar subyektləri üzərində dövlət nəzarət tədbirləri iki kateqoriyaya bölünür: araşdırma və yoxlama. Dünyada olduğu kimi, Azərbaycanda da rəqabət orqanının apardığı araşdırmalar bazar iştirakçıları barəsində iş qaldırılması üçün əsas hüquqi bazadır.
Rəqabət Məcəlləsinin 43 və 46-cı maddələri araşdırmaların hüquqi prosedurlarını tənzimləyir. Məcəllənin 46.4-cü maddəsinə əsasən, rəqabət orqanı araşdırmaların nəticələrini öz rəsmi internet səhifəsində dərc etməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii İnhisarlara Dövlət Nəzarəti Şöbəsinin müdiri Şəmsi Rzalı bildirir ki, Agentlik tərəfindən aparılan araşdırmalar və nəticələri Agentliyin rəsmi səhifəsində yerləşdirilir. O qeyd edib ki, “vacib məlumatlar” bölməsində **“Təbii inhisar subyektləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması barədə məlumat”**la tanış olmaq mümkündür.
2025-ci il ərzində Agentlik tərəfindən üç təbii inhisar subyekti barəsində araşdırma başlanıb. Bunlardan biri artıq yekunlaşıb, digər ikisi isə davam edir. Ətraflı məlumatı aşağlda cədvəldən əldə etmək olar.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr