Dünyanın ən seksual futbolçusu hesab edilən Alişa Lemann İngiltərəyə qayıdıb və “Lester Siti” ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, klubun mətbuat xidməti 27 yaşlı hücumçu ilə müqaviləni rəsmi olaraq açıqlayıb. Lemannın müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Lemann “Lester”in rəsmi saytına verdiyi müsahibədə deyib: “Bu möhtəşəmdir, sanki evə qayıtmışam və həqiqətən xoşbəxtəm. “Lester” fantastik klubdur. Məşq meydançasını, stadionu gördüm. Onlar qadın futbolunu irəli aparmaq istəyirlər”.