AZ

"Qarabağ bu mövsümün ən böyük kəşfidir"

style='margin-bottom:10px;'>

Rusiya millisinin sabiq hücumçusu Dmitri Bulıkin "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

QOL.az xəbər verir ki, "qazeta.ru"nun məlumatına görə, veteran futbolçu Ağdam təmsilçisini turnirin cari mövsümünün əsas sürprizi adlandırıb:

"Qarabağ bu mövsümün ən böyük kəşfidir. Heç kim onların sirrinin nədə olduğunu bilmir. Komandada inanılmaz fədakarlıq və əzmkarlıq var. Ola bilsin, rəqiblər onlara qarşı oyuna lazımi qədər ciddi köklənmirlər, onlar da bundan maksimum istifadə edərək xal qazanırlar".

Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin son turu çərçivəsində təmsilçimiz "Liverpul"la üz-üzə gələcək. Qeyd edək ki,  matç yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr