AZ

T-90 tankının yaradıcılarından biri vəfat edib (FOTO)

Bakı. Trend:

"T-90" tankının yaradıcılarından biri və “Uralvaqonzavod”un başkonstruktoru Nikolay Molodnyakov 89 yaşında vəfat edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu “Uralvaqonzavod”un mətbuat xidmətiməlumat yayıb.

Qeyd edilir ki, Nikolay Molodnyakov Rusiya Federasiyasınınəməkdar konstruktoru, fəxri maşınqayırma mütəxəssisi, Rusiya Raketvə Artilleriya Elmləri Akademiyasının müxbir üzvü, texnika elmlərinamizədi, elm və texnika sahəsində Rusiya hökuməti mükafatınınikiqat laureatı olub. O, həyatını ölkənin zirehli-tank müdafiəsinə,“Uralvaqonzavod”a və Ural Nəqliyyat Maşınqayırma KonstruktorBürosuna (UKBTM) həsr edib.

Molodnyakovun fəaliyyəti "T-72" və "T-90" tank ailələrininyaradılması, silahlanmaya qəbul edilməsi və modernləşdirilməsi iləsıx bağlı olub. Bu tanklar Rusiya zirehli qoşunlarının əsasınıtəşkil edir.

T-90 əsas döyüş tankı Rusiyada 1990-cı illərdə "T-72"-nintexnologiyası əsasında yaradılmış və bu gün də Rusiya ordusununəsas tanklarından biridir; o, 125 mm 2A46M tipli hamar borulu toplagüclü atəş qabiliyyətinə malikdir və avtomatik yükləyici sistemiilə təchiz edilmişdir.

T-90
Məqalədə:
Seçilən
77
1
az.trend.az

2Mənbələr