ABŞ Prezidenti Donald Tramp böyük bir hərbi donanmanın İrana yollandığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"İrana doğru nəhəng bir armada gedir, böyük güc, həvəs və məqsədlə sürətlə irəliləyir".
Tramp bildirib ki, bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır:
"Donanmanın başında çox güclü təyyarədaşıyan gəmi dayanıb. Ümid edirəm ki, İran tezliklə danışıqlar masasına əyləşəcək, ədalətli və bərabər saziş üzrə danışıqlar aparacaq. NÜVƏ SİLAHI OLMAYACAQ. Bütün tərəflər üçün bu, ən yaxşısıdır. Vaxt bitir…".