FİFA-nın Qlobal Transfer Hesabatına görə, 2025-ci il futbol tarixində transfer bazarında rekord il olub.
Publika.az xəbər verir ki, 86,158 beynəlxalq transfer həyata keçirilib və kişi peşəkar futbolunda ümumilikdə 13,08 milyard dollar xərclənib.
Qadın futbolunda da güclü artım müşahidə olunu. 2,440 transfer reallaşıb (6,3% artım) və ümumi xərclər 28,6 milyon dollar təşkil edib. Bu isə 2024-cü illə müqayisədə 80%-dən çox artım deməkdir.
Kişi futbolunda İngiltərə klubları həm ən çox xərcləyənlər (3,82 milyard dollar), həm də satılan oyunçulardan ən çox gəlir götürənlər (1,77 milyard dollar) olublar. Bu da Premyer Liqanın maliyyə gücünü göstərir.