AZ

Elçin Quliyev Zəfər ordenli generala yüksək vəzifə VERDİ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - Qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin Baş İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, N.Mirzəyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
6
redaktor.az

8Mənbələr