AZ

Bloqer Hüseyn Həsənov həbs edildi YENİLƏNİB

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov və onun vəkili Mixail Yusupov cinayət təqibinin ləğv olunmasını tələb ediblər.Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.Hüseyn Həsənov öz hərəkətlərinin cinayət xarakterindən xəbərsiz olduğunu bildirib. O hesab edir ki, bütün qənaət olunmuş pullar qanuni sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilib.Qeyd edək ki, yanvarın 28-də Moskvanın Cənub İnzibati Dairəsi Prokurorluğuna Hüseyn Həsənova qarşı cinayət işi daxil olub.Prokurorluqdan qeyd edilib ki, iş üzrə ilkin istintaq başa çatıb.Həsənova qarşı qiyabi olaraq cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Məhkəmə qiyabi olaraq onun barəsində həbs qətimkan tədbiri seçib və bloqer axtarışa verilib.İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi Həsənov əsl gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan (4 milyon manata yaxın) çox məbləğdə vergi ödəməyib.Qurum əlavə edib ki, cinayət yolu ilə əldə edilən pulları qanuni göstərmək üçün bloqer bir neçə maliyyə əməliyyatı aparıb və 1-ci Krasnoqvardeyski keçidində daşınmaz əmlak alqı-satqısı müqaviləsi bağlayıb. Əməliyyatın ümumi dəyəri 68 milyon rublu (2 milyon manata yaxın) keçib.

***13:41

Bloqer Hüseyn Həsənov barəsində 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergidən yayınma ittihamı ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa daxil olub.

Avtosfer.az TASS-a istinadən xəbərinə görə, bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

"Cənub İnzibati Dairəsi Prokurorluğuna ittiham aktının təsdiq edilməsi məsələsinə baxılması üçün bloqer Hüseyn Həsənov barəsində cinayət işi daxil olub. İş üzrə ilkin istintaq başa çatıb", - deyə məlumatda bildirilib.

Oxunub 2492

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
avtosfer.az

1Mənbələr