AZ

Azərbaycanla Avropa şirkətləri arasında "yaşıl enerji" istehsalı üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycanla Avropa şirkətləri arasında "yaşıl enerji" istehsalıüzrə əməkdaşlıq imkanları müzakirə edilib.

TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir PərvizŞahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrəbaş direktoru Gert Yan Koopman ilə görüşü zamanı baş tutub.

Görüşdə Azərbaycanla Avropa İttifaqının (Aİ) enerji sahəsindəstrateji tərəfdaşlığının prioritetləri, Cənub Qaz DəhlizininAvropanın enerji təhlükəsizliyində rolu, eləcə də yeni ölkələrinAzərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirəedilib. Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaztədarük edildiyi bildirilib. Qeyd olunub ki, təbii qazla yanaşı,bərpa olunan enerji və enerji səmərəliliyi və digər mühümistiqamətlər enerji sahəsində strateji tərəfdaşlığa dairAzərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda özəksini tapıb və bu sənəd ikitərəfli enerji münasibətlərinin əsasınıtəşkil edir.
Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerjibağlantıları xüsusunda Azərbaycanla Avropa arasında Qara dənizdənkeçməklə, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılanlayihələrdən də bəhs edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl EnerjiDəhlizi” layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkəİnkişaf Planına (TYNDP) daxil edilməsi, həmçinin “Ortaq MaraqlarLayihəsi” (PMI) statusunun əldə olunması ilə bağlı fikir mübadiləsiaparılıb. Həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycanvə Türkiyəni əlaqələndirəcək yeni marşrutun Mərkəzi Asiya iləAvropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağıqeyd edilib.

Söhbət zamanı bərpa olunan enerji layihələrinin, xüsusilə günəşvə külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Avropaşirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycan-AİEnerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarıçərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Məqalədə:
Seçilən
34
7
az.trend.az

10Mənbələr