AZ

Yekaterinburq polisi azərbaycanlılara hücumlara görə mükafatlandırılıb

Rusiyanın Yekaterinburq şəhərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əvvəlki illərdə qətl və sui-qəsd cəhdində ittiham olunan azərbaycanlılara hücum və həbsdə iştirak etdiklərinə görə mükafatlandırılıblar.

Moderator.az-ın Ura.ru saytına istinadən verdiyi məlumata görə, bununla bağlı tədbir Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin genişləndirilmiş kollegiya iclası çərçivəsində baş tutub.

Tədbirdə Rusiyanın Ural Federal Dairəsinin və yerli hüquq-mühafizə orqanlarının yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. Müstəntiqlər onun sui-qəsd cəhdində və iş adamı İkram Paşayevin 2001-ci ildə qətlində iştirak edə biləcəyinə inanırlar.

Şıxlinski ilə birlikdə Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da mühakimə olunacaqlar. Onlar qəsdən adam öldürməyə cəhd və qətldə ittiham olunurlar. İttiham olunanlardan yalnız Məzahir Səfərov günahını etiraf edib.

Seçilən
14
1
moderator.az

2Mənbələr