Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən H. Həsənov və E. Məmmədov saxlanılıblar.
Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N. Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.