AZ

2025-ci ildə Çexiyada 35 min yeni şirkət açılıb

Praqa, 28 yanvar, AZƏRTAC

2025-ci il Çexiya üçün son iyirmi ilin ən uğurlu dövrlərindən biri kimi yadda qalıb.

AZƏRTAC xəbər verir ki, il ərzində ölkədə 35 min yeni şirkət qeydiyyatdan keçib ki, bu da 2024-cü illə müqayisədə 13 faiz artım deməkdir.

“Dun & Bradstreet” şirkətinin məlumatına görə, 2025-ci ilin dekabr ayının sonuna Çex Respublikasında fəaliyyət göstərən şirkətlərin ümumi sayı 594 min 500-ə çatıb. Bu göstərici bir il əvvəlki rəqəmdən təxminən 18 min ədəd çoxdur.

Statistikaya əsasən, hər iki yeni yaradılan şirkətə qarşılıq bir şirkət fəaliyyətini dayandırıb ki, bu da uzunmüddətli tendensiyaya uyğundur. “Dun & Bradstreet”in Çexiya filialının İdarə Heyətinin sədri Katerina Klosova bildirib ki, ötən il Çexiya iqtisadiyyatı bir çox Avropa ölkələri ilə müqayisədə daha sabit inkişaf edib. Onun sözlərinə görə, daxili tələbatın bərpası 2025-ci ildə yeni layihələrə və biznes imkanlarına marağı xeyli artırıb və bu, ümumi optimizm mühiti yaradıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
55
2
azertag.az

2Mənbələr