Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.az -ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza İsmət Qayıbov küçəsində baş verib.
“Hayma”, “Mercedes” və “Opel” markalı minik avtomobillərinin iştirakı ilə baş verən toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.