AZ

"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib

"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.

Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.

Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
21
moderator.az

1Mənbələr