AZ

“Yenidən bu komandada olmaq çox xoşdur”- Rza Cəfərov

“Qəbələ”nin yeni transferi Rza Cəfərov klubun mətbuat xidmətinə müsahibə verib.

Msport.az xəbər verir ki, “Neftçi”dən icarəyə götürülən 22 yaşlı qapıçı yenidən “qırmızı-qara” formanı geyinəcək. Qeyd edək ki, qolkiper vaxtilə “Qəbələ” Akademiyasında futbolla məşğul olub.

-Bu gün “Qəbələ”də ilk məşqə çıxdın Təəssüratlarını bilmək istərdik.

-Çox xoşdu illər sonra yenidən bu meydanda məşq etmək,  bu komandanın şərəfini qorumaq. Ona görə də çox xoş təəssüratlar var. Həqiqətən də çox sevinirəm ki, bu komandaya qoşulmuşam.

-Bildiyimiz qədər başqa klublardan da təkliflərin var idi. “Qəbələ”ni seçməyinin əsas səbəbi nə oldu? 

-Əvəllər burda çıxış etdiyim üçün bu komanda mənə daha doğma gəlir. Gənc olduğum üçün fikirləşirəm ki, bu klub mənim inkişafımda daha çox xeyirli olacaq. Klubun bazası, meydançaları, bir sözlə şərait çox yaxşıdır. Məşqçilər heyəti – hamısı çox peşəkardırlar. Fkirləşirəm ki, gələcəkdə bu komanda mənə daha çox uğur qazandıracaq.

-“Qəbələ” bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Komandanın yerini qoruması üçün yeni transferlərə də böyük ümidlər bəslənilir. Azarkeşlərə nə sözünüz var? 

-Hər birinə çox təşəkkür edirəm. Bura gəlməmişdən öncə də mənə çoxlu mesajlar göndərirdilər. Hər birinə təşəkkür edirəm. Səbrli olsunlar, inşallah qələbələrlə onları sevindirəcəyik.

Seçilən
8
msport.az

1Mənbələr