ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək İrana sərt xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Tramp deyib:
“Vaxt tükənir və bu, həqiqətən həlledici məqamdır. Mən bunu İrana əvvəllər də demişəm: razılaşma bağlayın, əks halda növbəti hücum xeyli daha ağır olacaq. Bunun təkrarlanmasına imkan verməyin.”
Tramp həmçinin bildirib ki, ABŞ-ın hərbi donanması sürətlə İrana doğru hərəkət edir və Venesuela ilə bağlı vəziyyətdə olduğu kimi, qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır.
Müşviq Tofiqoğlu
KONKRET.az