AZ

"Fənərbağça"nın keçmiş futbolçusu 45 yaşında klubunu dəyişdi

İspaniya millisinin keçmiş hücumçusu Daniel Quiza İspaniyanın 7-ci divizionunda çıxış edən "Jerez Industrial" klubuna keçib.

Milli.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Quiza İspaniya milli komandası ilə 2008-ci ildə Avropa Çempionatının qalibi olub. Klub səviyyəsində o, "Xetafe", "Malyorka", "Fənərbağça", "Kadiz" və "Barselona"nın gənclər komandasında oynayıb. 2017-ci ildən bəri İspaniyanın aşağı liqalarında çıxış edir.

Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr