Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı bildirib.
"Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan vurğulayıb.
O əlavə edib ki, TRIPP Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün semantik amilə çevriləcək.
Telegram kanalımız