Bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.