Azərbaycanın II Liqa klubu "Xankəndi" heyətini "Qarabağ"ın sabiq futbolçusu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Qarabağ təmsilçisi Qurban Məhərrəmovu transfer edib.
Qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın əvəzedicilərində çıxış etmiş qapıçının son klubu "Şəki Siti" olub.
I Liqaya can atan komanda qış fasiləsində bundan əvvəl son klubu "Şəfa" olan hücumçu Elvin Nəsibovla mövsümün sonuna kimi anlaşıb.
"Xankəndi" hazırda turnir cədvəlində 39 xalla ikincidir.