Bobsley üzrə Olimpiya çempionu Liza Bukvits 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarına səfərini maliyyələşdirmək üçün "OnlyFans" platformasında hesab açıb.
Publika.az xəbər verir ki, almaniyalı idmançı bobsleylə məşğul olmağı, "OnlyFans" hesabının idarəsini və Bundesverdə hərbi xidməti eyni vaxtda bir araya gətirir. O, "OnlyFans"da hesab açmasını həyatında verdiyi ən yaxşı qərar adlandırıb və bunu tamamilə normal hesab etdiyini bildirib.

Liza qeyd edib ki, heç bir açıq-saçıq foto paylaşmayacaq. "OnlyFans" hesabını idman, sağlam qidalanma və peşəkar bobsleyçinin gündəlik həyatı ilə bağlı materiallar paylaşmaq üçün yaradıb.
“Azarkeşlər adətən paylaşmadığım məzmuna - gündəlik rutinimə, komanda daxilində münasibətlərə və çox vaxt diqqətdən kənarda qalan şəxsi nailiyyətlərimə eksklüziv çıxış əldə edirlər. Bacardığım qədər tez-tez paylaşımlar edəcəyəm, məşq və qidalanma ilə bağlı məsləhətlərdən tutmuş turnirlərə hazırlığa və yarış günü diqqətimi toplamağa kömək edən rituallara qədər hər şeyi bölüşəcəyəm.