Səhiyyə təşkilatları və Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə bufetlər üçün uşaqların sağlamlığına uyğun menyular hazırlamalıdır. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, bu tələblər yalnız məktəb bufetlərinə deyil, məktəb ətrafında fəaliyyət göstərən qida satan marketlərə də şamil edilməlidir. Məqsəd uşaqların sağlam qidalanmasını təmin etmək və zərərli məhsulların istehlakını azaltmaqdır.
Gülnar Nazimqızı