AZ

Suriya qadınlara makiyaj etməyi qadağan edir


7News.az xəbər verir ki, Suriyanın ələvilərin çoxluq təşkil etdiyi Latakiya şəhərində dövlət qurumlarında çalışan qadınlara iş saatlarında makiyaj etmək qadağan edilib. Latakiya Qubernatorluğu, qadağaya əməl edilməməsi halında qanuni tədbirlər görüləcəyini vurğuladı. Həmçinin bunun hər hansı bir qrupu məhdudlaşdırmaq və ya şəxsi azadlıqları pozmaq məqsədi daşımadığını, ictimaiyyətdə peşəkar görünüşü təşviq etmək və kosmetikadan həddindən artıq istifadədən çəkinmək olduğunu iddia etdi.
Seçilən
32
7news.az

1Mənbələr