“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.
İdmanxeber.az “balla” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “AEK Larnaka”da çıxış edən sol cinah müdafiəçisi Jeremi Qnalini transfer etmək istəyir.
Azərbaycan təmsilçisinin təqdim etdiyi təklifin Larnaka klubunun rəhbərliyini qane etdiyi bildirilir.
Məlumata görə, komandanın heyətində sol cinah müdafiəçisi mövqeyi üçün daha iki yaxşı alternativin (Qarsiya və Hayro) olması Jereminin transferinə razılıq verilməsini asanlaşdırıb.
23 yaşlı futbolçu cari mövsüm “AEK Larnaka”da bütün turnirlərdə 20 oyunda çıxış edib.