AZ

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 50-ni keçdi


ABŞ-də qar fırtınası ilə əlaqədar ən azı 51 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanalın məlumata görə, Luiziana və Tennessi səhiyyə departamentləri hər ştatda səkkiz ölüm hadisəsi barədə məlumat verib.
Kentukki ştatında isə 72 yaşlı bir qadın hipotermiyadan ölüb. Bu barədə ştatın qubernatoru Endi Beşir bildirib.
Kentukki Ədliyyə və İctimai Təhlükəsizlik İdarəsi çərşənbə axşamı səhər Şərqi Kentukki İslah Əmək Kompleksində qar təmizləyərkən bir məhbusun öldüyünü qeyd edib.
Nyu-York şəhərinin meri Zöhran Mamdani isə şəhərin küçələrində 10 nəfərin meyitinin tapıldığını xəbər verib.
Milli Meteorologiya Xidməti həftənin sonu və gələn həftəyə qədər temperaturun normadan xeyli aşağı qalacağını əlavə edib.
Xidmətdən bildirildiyinə görə, ABŞ əhalisinin təxminən 80%-i gələn həftə ərzində mənfi temperaturunun təsiri altında olacaq. Rekord dərəcədə aşağı temperatur isə bazar ertəsi səhərə qədər davam edəcək və cənub düzənliklərindən şimal-şərqə qədər əraziləri əhatə edəcək.
Seçilən
0
yeniavaz.com

1Mənbələr