BAKI, 28 yanvar. TELEQRAF
ABŞ donanmasının qüvvələri sürətlə İran istiqamətində hərəkət edir və tapşırıqları yerinə yetirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Mən ümid edirəm ki, Tehran nüvə silahları ilə bağlı razılığa gələcək, lakin vaxt tükənir",- o qeyd edib.