"Çünki Avropanın təhlükəsizliyindən söhbət gedir. NATO qurulandan bəri belə bir qayda yaradılıb ki, hər bir üzv öz müttəfiqlərini istənilən hücumdan qorumalıdır. Bu baxımdan, ölkələr arasında etimad mühiti formalaşıb. Hərçənd etimad əlaqələri ABŞ Prezidenti Donald Trampın alyansın faydalılığına dair şübhələri, Vaşinqtonun öz müdafiə öhdəliyindən imtinası nəticəsində sarsılıb".
Qəzet vurğulayır ki, Donald Tramp Qrenlandiyanı ələ keçirmək barədə çıxışlarını artırandan bəri vəziyyət daha da pisləşib. ABŞ-nin NATO-da sabiq daimi nümayəndəsi İvo Daalderin fikrincə, Donald Trampın hədə-qorxusu fonundaalyans özünün 77 illik tarixinin ən ağır böhranı ilə üzləşib.Öz növbəsində, müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius qəzetə açıqlamasında bildirib ki,Avropa İttifaqı öz müdafiə strategiyasını yaratmalı, ən pis ssenariyə hazırlaşmalıdır.
![]() |
| The Times: "Qrenlandiya dəftərində Rusiya və Çinin adları yoxdur" |
Məlumat üçün xatırladaq ki, Qrenlandiya Danimarka daxilində muxtariyyətə və daxili siyasətə malikdir. ABŞ Prezidenti Donald Tramp keçən il ikinci dəfə prezident seçildiyi gündən bəri bu adanın ilhaqına çalışır. Danimarka hökuməti isə belə bir addımla qətiyyən razılaşmır. Yanvarın 22-də Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Qrenlandiya məsələsi üzrə razılığa gəliblər, hərçənd razılığın təfərrüatı hələlik ictimaiyyətə açıqlanmayıb.
Firudin Həmidli
AzVision.az
