AZ

Ağ Evə Putinlə şəklini asdı - FOTO

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustunda Alyaska sammiti zamanı ona hədiyyə etdiyi şəkli Ağ Evin divarına asıb.

Milli.az xəbər verir ki, bunu "PBS Nyus Hour"un jurnalisti Elizabet Landers X hesabında yazıb.

"Əvvəllər heç görmədiyim bir şey: Ağ Evdə prezidentlər Tramp və Putinin Alyaskada yay sammitində çəkilmiş çərçivəli şəkli asılıb", - o bildirib.

Xatırladaq ki, 2025-ci il avqustun 15-də Alyaskadakı "Elmendorf-Riçardson" hərbi hava bazasında Putin və Tramp arasında 7 ildən sonra ilk tammiqyaslı sammit baş tutmuşdu. Üç saat davam edən görüşdə Ukrayna müharibəsinə son qoyulması, nüvə silahlarına nəzarət və iqtisadi əlaqələrin bərpası müzakirə olunub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
milli.az

1Mənbələr