Fransa prezidenti Emmanuel Makron Suriya prezidenti Əhməd Əl Şaraanın onun telefon zənginə cavab verməməsi səbəbindən qəzəblənib.
Publika.az xəbər verir ki, bu barədə "Le Point" qəzeti məlumat yayıb.
İddiaya görə, Makron yanvarın 25-də YPG/SDQ terror təşkilatının lideri Məzlum Abdi iləƏhməd Əl Şaraa arasında telefon danışığı təşkil etməyə çalışıb. Abdi telefonda olsa da, Şaraa zəngə cavab verməyib.
Məlumatda Makronun çox qəzəbli olduğu və bu vəziyyətin "Şaraanın Makrona meydan oxuması" kimi şərh edildiyi bildirilib.