AZ

Robert Fiko “Politico”nu yuyub-sərdi

Robert Fiko "Politico"da dərc olunmuş məqalədən qəzəblənib.

"Yeni Sabah" xəbər verir ki, Slovakiyanın Baş naziri "X" hesabında həmin yazını "saxta" adlandırıb:

"Mən nifrətəlayiq brüsselpərəst liberal portal olan "Politico"nun yalanlarını qətiyyətlə rədd edirəm... Elə dünən Macarıstanın yeni liberal, Brüssel tərəfdarı ulduzu Peter Madyarın yalanlarını təkzib etməli oldum. 24 saatdan da az müddət keçdikdən sonra isə "Politico"nun Brüsseldəki qeyri-rəsmi sammitdə ABŞ Prezidenti Donald Trampla görüşümü necə qiymətləndirdiyim barədə yalanlarını qətiyyətlə təkzib etməliyəm. Halbuki heç kim heç nə eşitməyib, heç kim heç nə görməyib, şahid yoxdur, amma "Politico"nun yalan dərc etməsinə bu mane olmayıb".

Xatırlatma: "Politico" nəşri Avropa rəsmilərinə istinadən xəbər vermişdi ki, Fiko ötən həftə keçirilən sammitdə Aİ liderlərinə Donald Trampla görüşünün onu şoka saldığını deyib. Guya ABŞ Prezidentinin davranışına görə Slovakiya baş naziri narahatlıq keçirib.


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr