AZ

Həyat yoldaşını parkda öldürən şəxsə ağır cəza verildi

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Genetik Ekspertizanın rəyinə əsasən təqsirləndirilənin qətlə yetirdiyi həyat yoldaşının ona xəyanət etməsi təsdiqini tapmayıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışı zamanı təqsirləndirilənin 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Natiq Məhərrəmov son söz zamanı hadisəni törətdiyinə görə peşman olmadığını deyib.

Müşavirədən sonra hökm elan edilib. N.Məhərrəmov 17 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq  ki, hadisə 2025-ci ilin aprel ayınının 7-i, saat 19:00 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında baş verib.Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirməkdə təqsirləndirilir. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 

Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

Seymur Əli

Seçilən
49
1
unikal.az

2Mənbələr