AZ

Ötən il müdafiə xərcləri 23%-ə yaxın artırılıb

BAKI, 28 yanvar. TELEQRAF

Azərbaycanda 2025-ci ildə əvvəlki illə müqayisədə müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9 faiz və ya 1506 milyon manat çox vəsait ayrılıb.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,

Eyni zamanda, ötən il sosial müdafiə və sosial təminat xərclərinə 9,7 faiz və ya 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərclərinə 8,3 faiz və ya 341,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 6,1 faiz və ya 30,3 milyon manat, təhsil xərclərinə 5,2 faiz və ya 228,2 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 3,9 faiz və ya 110,1 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 3,4 faiz və ya 12,3 milyon manat, kənd təsərrüfatı xərclərinə 2,3 faiz və ya 25,1 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 0,9 faiz və ya 3 milyon manat çox vəsait yönəldilib.

Seçilən
30
teleqraf.com

1Mənbələr