Bakı. Trend:
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18,828milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1,267milyard manat və ya 7,2 faiz çoxdur .
Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoruüzrə daxilolmaların 23,1 faizi və ya 4,347 milyard manatı vergiorqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14,481milyard manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertinpayına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuşneft-qaz gəlirlərinin 52,0 faizi və ya 2,260 milyard manatı“Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1,795milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisihesabına təmin olunub.