Bakı. Trend:
Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət həyatakeçiriləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisdəmüzakirə edilib.
Belə ki, Dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilədövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan vəpaylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqişəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə bağlıaşağıdakı məlumatların vergi orqanları tərəfindən müvafiq icrahakimiyyəti orqanına elektron qaydada təqdim edilməsi nəzərdətutulur:
adıçəkilən qurumların vergi orqanında uçota alınması, yenidəntəşkili və ya uçotdan çıxarılması barədə məlumatların (vergiödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) növbəti ayın15-dək;
qurumların qeydiyyata alınan hesabları barədə məlumatlarınmüvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergiorqanına daxil olduğu gündən 1 iş günü müddətində.
Dövlət orqanları (qurumları) və dövlət müəssisələri ilə bağlıqeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindənqurumlararası informasiya sisteminin imkanlarından istifadə etməkləverilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətingüclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevikmonitorinqinə imkan verəcəkdir