AZ

Pandemiya cərimələrini ödəməyə bilərsiniz - Hüquqşünas açıqladı

2019-2021-ci illəri əhatə edən pandemiya dövründə Azərbaycanda da maska istifadəsinə, eləcə də bir sıra digər karantin qaydalarının pozulmasına görə cərimələr tətbiq olunurdu. Bəzi vətəndaşlar bu cərimələrdən xəbərsiz olub və ya sadəcə ödəməyib. Bu səbəbdən həmin cərimələrə görə, hazırda bir sıra şəxslər məhkəməyə verilib. Lakin iddia olunur ki, həmin dövrdən 5 il keçdiyinə görə həmin cərimələr artıq qüvvədən düşməli, silinməli idi.

Bəs bu məsələ, həqiqətən də, qanunvericilikdə əks olunur? 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bu sualları cavablandırıb:


“Karantin dövründə vətəndaşlar üçün yazılmış maskanın taxılmamasına görə cərimələri ödəməyən vətəndaşlar bundan sonra da həmin cərimələri icra etməməkdə tam haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunması barədə inzibati qərarın qüvvəyə minməsindən sonra vətəndaş əgər 5 il ərzində vətəndaş əgər həmin qərarı icra etmirsə, ondan sonra da icra edilmir. Hesab edirəm ki, vətəndaşların 5 il müddət keçdikdən sonra dövlət qurumu tərəfindən təkrarən məhkəməyə verilməsi və onlardan bu ödənişlərin tələb olunması qanunvericiliyə təmamilə ziddir. Vətəndaşlar həmin maddənin tətbiq olunması ilə bağlı məhkəmədə şifahi və yazılı vəsatət aldırmaqla həmin qərarın ləğv olunması barədə məhkəmədən qərar tələb edə bilərlər”.

 

Fidan Vəlisoy 

Seçilən
3
manset.az

1Mənbələr