AZ

İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi

İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi

Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu müddət cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə həbs cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Aqşin ortaq tanışlarından birindən 10 500 manat alaraq onu Elm və Təhsil Nazirliyində vəzifəyə düzəldəcəyini vəd edib, lakin vədinə əməl etməyib. Qarşı tərəfin şikayəti əsasında o, saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Aqşin məhkəmə zamanı ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkənin ona inanma səbəbinə gəlincə, təqsirləndirilən şəxs bildirib ki, o, əvvəllər Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində işləyib. Zərərçəkən də məhz buna görə onun "geniş əlaqələri" olduğuna inanıb.

Seçilən
13
12
afn.az

10Mənbələr